Yaponiyada fövqəladə vəziyyətin uzadılma ehtimalı var

22:52 | 30 Aprel, 2020

Yaponiyanın baş naziri Şinzo Abe koronavirus pandemiyası səbəbiylə tətbiq edilən fövqəladə vəziyyət rejimini daha bir ay uzatmaq istəyir.

Abenin aprelin 7-də Tokio və digər altı prefekturanı əhatə edən 30 günlük fövqəladə vəziyyət sərəncamının müddəti gələn Qızıl Həftə bayramı başa çatdıqdan sonra bitir.

Yaponiya 14000 COVID-19-a yoluxma, 415 ölüm halı qeydə alınıb. Ölkənin səhiyyə sistemini alt-üst edən bu vəziyyət iqtisadiyyatı çökdürüb və Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını bir il təxirə salmağa məcbur edib.

Abe çərşənbə qanunvericilərə son qərarını vermədən əvvəl vəziyyəti yoluxucu xəstəliklər üzrə mütəxəssislərlə müzakirə edəcəyini deyib. Hökumət mənbələri baş nazirin mütəxəssislərlə cümə günü görüşəcəyini bildirib.

Fövqəladə vəziyyətlə bağlı hazırkı qanun yerli hökumət orqanlarına vətəndaşları evdə qalmağa, məktəb və müəssisələrin bağlanmasına göstəriş vermək hüququ versə də, qanuni olaraq dövlət səviyyəsində təcridə icazə vermir.

II Dünya Müharibəsindən sonrakı vətəndaş azadlıqlarının ciddi şəkildə qoruyan konstitusiya hökumətə məcburi karantin tətbiq etmək səlahiyyəti vermir.

Abe hökuməti pandemiyanın yayılmasının qarşısının alınmasında yavaş hərəkət etməkdə və aqressiv test proqramı qura bilməməkdə tənqid edilib.

//Trend

Mövzunu Facebookda şərh et