backend

Nazirlik insanlara xəbərdarlıq etdi – Hava proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 22-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-25° isti, gündüz  34-36° isti, Bakıda gecə  22-24° isti, gündüz  31-36° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°, Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.
Avqustun 24-dək Abşeron yarımadasında gözlənilən sabit hava şəraiti müsbət amil olsa da, bəzi saatlarda durğun və nisbətən rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında da hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə  19-24°, gündüz  34-39° isti, dağlarda gecə 13-18°, gündüz  24-29° isti olacağı gözlənilir.