backend

“100-200 iş adamını Bakıya dəvət etsək, digərləri bizdən küsə bilər” – Komitə sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanlı iş adamlarının forumunun keçirilməsi ilə bağlı təşəbbüs yenidir. Belə təşəbbüslərin hər zaman korrektəyə ehtiyacı olur. Yəni, yeni vəziyyət ortaya çıxır. Görünür ki, bu işlərin üzərində daha yaxşı çalışmaq lazımdır”.
bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
O vurğulayıb ki, dünyada azərbaycanlı iş adamlarının sayı xeylidir: “Dünyada bu qədər azərbaycanlı iş adamı olduğu halda onlardan yalnız 100-200 nəfərini Bakıya dəvət etmək heç də yaxşı hal deyil. Digərləri bizdən küsə bilərlər. Ona görə də bu tədbiri keçirmək üçün daha geniş formada çalışmaq lazımdır”.
Qeyd edək ki, 28-29 oktyabr 2016-cı il tarixində Bakıda keçirilməsi nəzərdə tutulan Dünya Azərbaycanlı İş Adamlarının I Forumu təxirə salınıb. Diasporla İş üzrə Dövlət Komitəsi bununla bağlı yaydığı məlumatda bildirib ki, forumun keçirilməsi ilə bağlı rəsmi məlumatın yayılmasından sonra dünyanın bir çox ölkələrindən Təşkilat Komitəsinə çoxsaylı müraciətlər daxil olub. Müraciətlərdə müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan soydaşlarımız tərəfindən forumun proqramı, müzakirə olunacaq məsələlər, qəbul olunacaq sənədlərlə əlaqədar xeyli sayda ideya və təkliflər irəli sürülüb. Təşkilat Komitəsi daxil olmuş müraciət və təklifləri diqqətlə araşdırıb və tədbirin daha geniş tərkibdə, həmçinin fərqli formatda keçirilməsini məqbul sayıb. Qeyd edilənlərlə əlaqədar Təşkilat Komitəsi 2016-cı il oktyabr ayının 28-29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş Dünya Azərbaycanlı İş Adamlarının I Forumunun daha münasib bir vaxtda təşkilini məqsədəuyğun sayıb.
//Report