Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötübbackend

Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində dünyada yeni növ koronavirusa 82,7 min yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 349 786 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində həmçinin koronavirusdan 8 657 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 238 628 nəfər təşkil edir.