Səidə Röyanı tənqid etdi, işə Natəvan qarışdı — YENİ QALMAQAL – FOTO

10:47 | 4 May, 2020

Xalq artisti Röyanın imic qalmaqalı davam edir. İfaçının görünüşündə dəyişiklik edərək yeni fotosessiyası üçün kamera qarşısına keçməyi bir neçə qalmaqala səbəb olub.

Belə ki, əvvəlcə müğənni Natəvan Həbibi Röyanı yeni imicini ondan oğurlamasında günahlandıraraq sosial şəbəkədə bir neçə paylaşım edib. Bundan sonra bu sıraya daha biri müğənni Səidə Sultan da qoşulub. O, “İnstagram” səhifəsində Röyanın fotosu ilə öz fotosunu kollaj edərək paylaşıb. Bu dəfə də Səidə onu fotosessiyasının ideyasını məhz ondan oğurladığını bəyan edərək qeyd edib:

“Röyanın “İnstagram” xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə düz etmişəm? Şərhi sizə buraxıram.

P.S xatırladım ki, bu fotonu mən 2019- cu ilin 17 iyununda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz qabağındadır”,- deyə, o, qeyd edib.
Məsələ bununla da bitməyib. Səidənin bu paylaşımına Natəvan Həbibi “İdeya mənbəyidir e gündə bir şey fikirləşir, yazıq”,- deyə yazıb. Bundan sonra Röyanın fanatları Həbibiyə qarşı söz hücumuna keçiblər. Onun bu şərhinə cavab olaraq Röya tərəfdarları onu paxıllıqda günahlandırıblar.
“Sil rəyini, ay bədbəxt, paxıllıqdan partlayırsan. Sən Röya ola bilməzsən”, “Sən get hələ Röya ol, sonra danışarsan”,- deyə, izləyicilər yazıb.
Bəziləri isə Səidənin paylaşımının məhz Natəvanın təkidi ilə olduğunu da qeyd ediblər

.

//Olke.az

Mövzunu Facebookda şərh et