“Beşiktaş”da ilk ayrılıqbackend

“Beşiktaş”da ilk ayrılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beşiktaş”ın qapıçısı Loris Karius komandadan ayrılıb.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu barədə alman qapıçı şəxsi İnstaqram hesabında paylaşım edib. O, sözləşməsini birtərəfli ləğv etdiyini və müqavilə ilə məxsus olduğu “Liverpul”a qayıtdığı bildirilib:

“Bu gün “Beşiktaş”la müqaviləmə xitam verdim. Hər şeyin bu şəkildə bitməsi təəssüf doğurur, amma mən məsələni heç bir problem olmadan həll etmək üçün əlimdən gələni etdim. Rəhbərliklə dəfələrlə danışdım və hər dəfə səbirli davrandım. Təəssüf ki, problemi həll etməyə çalışmadılar. Maaşımda endirim etmək təklifimi də qəbul etmədilər”.

Qeyd edək ki, Karius 2018-ci ilin yayında “Liverpul”dan icarə əsasında “Beşiktaş”a keçmişdi.