backend

Marşrut sahibləri qapalı görüşə çağırıldılar – Xəbərdarlıq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşımada fəaliyyət göstərən marşrutların sahibləri ilə qapalı görüş keçirəcək.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev özəl olaraq Trend-ə bildirib ki, martın 13-də keçiriləcək görüşə jurnalistlər dəvət edilməyib:
“Görüş sərnişindaşımada yol verilən nöqsanların aradan qaldırılması ilə bağlıdır. Görüşdə Agentlik rəhbərliyi tərəfindən daşıyıcılara xəbərdarlıq ediləcək. Onların qarşısında sərnişindaşımada yol verilən qüsurların aradan qaldırılması barədə sərt tələblər qoyulacaq”.
///trend