Teymur Rəcəbovun komandası Millətlər Kubokunda ilk qələbəsini qazanıb

15:49 | 6 May, 2020

Şahmat üzrə onlayn Millətlər Kubokunda qrossmeysterimiz Teymur Rəcəbovun da yer aldığı dünya yığması ilk qələbəsini qazanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, ikinci raundda Hindistan yığması ilə mübarizə aparan dünya komandası rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Teymur Rəcəbov Vişvanatan Anand, FIDE təmsilçisi Əlirza Firuzca Pentala Harikrişna, ukraynalı Mariya Muzıçuk Hampi Koneru ilə heç-heçə ediblər. Yığmanın üzvü perulu Xorxe Korinin Başkaran Adhibanı məğlub etməsi komandanın qələbəsini təmin edib.

İkinci raundun digər oyunlarında ABŞ Rusiya yığmasını, Çin Avropa komandasını 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün keçirilmiş birinci raundun oyunlarında dünya yığması Çin komandasına 1:3 hesabı ilə məğlub olub, Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.

Altı komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

Mövzunu Facebookda şərh et