backend

"Gürcüstana ilk yardımı Azərbaycan etdi"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş nazir Giorgi Kvirikaşvili yanğının söndürülməsinə Azərbaycanın göstərdiyi köməyi yüksək qiymətləndirib
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsinə qonşu dövlətlərin, xüsusilə Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirib. Bununla bağlı xüsusi bəyanatla çıxış edən Baş nazir Gürcüstana ilk vacib köməyin Azərbaycandan gəldiyini bildirib. O vurğulayıb ki, Azərbaycandan gələn helikopter yanğının söndürülməsində iştirak edir. Türkiyədən gələn iki helikopter artıq Batumidədir, tezliklə onlar da yanğının söndürülməsi əməliyyatına başlayacaq.
Xatırladaq ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də başlayıb. Külək yanğının tam söndürülməsini çətinləşdirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
//Editor.az