backend

DİN Bayram Kürdəxanlının ölümü ilə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi tanınmış meyxanaçı Bayram Quliyevin (Kürdəxanlı) ölümü ilə bağlı xəbər yayıb.
Editor.az DİN-ə istinadən xəbər verir ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.