İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

11:46 | 9 May, 2020

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 75 il keçir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək, abidəsi önünə gül dəstələri qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Mövzunu Facebookda şərh et