backend

Ərinin qollarını bağlayıb baltaladı – Ağsuda dəhşət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağsu rayonunda qətl törədilib.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.