Masazırda körpə faciəvi şəkildə öldü

10:48 | 24 Avqust, 2017

Abşeron rayonunda körpə üzərinə televizor düşməsi nəticəsində ölüb.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2016-ci il təvəllüdlü Zeynalova Səma valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor körpənin üzərinə aşıb.
S.Zeynalova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Fakt araşdırılır.

///report