backend

Bakıda üç qardaş bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər sakini olan üç nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Editor.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 23-də Sabunçu RPİ 14-cü PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Bakı şəhər sakini Ramin İbrahimova, qardaşları Ruslana və Rəhmana bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Müseyib Məmmədov tutulub.