ÜST-dən karantin qaydalarını yumşaldan ölkələrə XƏBƏRDARLIQ

23:17 | 11 May, 2020

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreisus karantindən çıxan ölkələrə xəbərdarlıq edib.

“RİA Novosti” xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Qebreisus dünyada COVID-19-a yoluxanların sayının dörd milyon nəfəri keçdiyini qeyd edib.

Onun sözlərinə görə, bəzi ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.

Belə tədbirlər hər bir ölkədə tədricən, pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tətbiq edilməlidir.

Mövzunu Facebookda şərh et