backend

Azərbaycanlı qanuni oğrular arasında müharibə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir sakitlik hökm sürən kriminal dünyada vəziyyət gərginləşir.
AZXEBER.COM Ölkə.az-a istinadən xəbər verir ki, bu dəfə azərbaycanlı mafiya üzvləri arasında müharibə alovlanır.
Azərbaycanlı bir qrup qanuni oğru Lotu Quli adı ilə tanınan qanuni oğru Nadir Səlifovla haqq-hesab çürütməyə başlayıblar. Nadir Səlifov azərbaycanlı qanqsterlərin lideri sayılır. Qulinin bir neçə adamı döyülüb, silahlı atışma baş verib. Səlifovun nüfuzuna bələd olan Rusiya polisi bilir ki, tezliklə onun opponentləri və opponentlərinin tərəfdaşlarına qarşı böyük “ov” başlayacaq.

Rusiyanın nüfuzlu “Rosbalt” agentliyinə hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, uzun müddət davam edən danışıqlardan sonra dörd nəfər azərbaycanlı qanuni oğru Quliyə qarşı “müxalifət” formalaşdırmaq barədə qərar qəbul ediblər. Söhbət Rafiq Masallinski (Rafiq Eyvazov), Dato Ağcabədinski (Cavid Məmmədov), Emin Hacıqabulski (Emin Əhmədov) və Ceyhun Gəncinskidən (Ceyhun Əsgərov) gedir.
Məlum olub ki, bu “kriminal general”lara əvvəllər Rövşən Lənkəranskinin klanına daxil olan Suxumi qanuni oğrularından ibarət qrup da dəstək verəcək. Son dövrlər Lənkəranskinin qohumu Zaur bu “müxalif” qanuni oğrularla görüşüb. Zaur Moskvada Rövşənin işlərini davam etdirir. Bu biznesdə Rafiq, Dato, Emin və Ceyhunun da payı var.
“Müxalif”lərin döyüşçüləri artıq bir sıra uğurlu “əməliyyat”a imza atıb. Onlar Qulinin himayəsində çalışan bir neçə iş adamını və Səlifovun qruplaşmasına daxil olan bir neçə nəfəri döyüblər. Deyilənə görə, belə “razborka”ların birində silahlar da dillənib.

Maraqlıdır ki, onlar Qulinin adamlarını sifarişlə döydüklərini dilə gətirmirlər. Amma zərərçəkənlərə Səlifovla əməkdaşlıq etdiyi üçün cəza kəsildiyini bildiriblər.

Quli üçün bir neçə qanuni oğrunun ona qarşı birləşməsi gözlənilməz olub. Amma artıq qisas üçün əməliyyat hazırlıqları başlayıb. Rusiya əməliyyatçıları artıq Səlifov tərəfindən Moskvanın bəzi yerlərində avtomat və tapança səslərinin eşidiləcəyinə əmindirlər.
Emin uzunmüddətli həbsdədir. Digər üç qanuni oğru gah Moskva, gah Bakı, gah da digər ölkələrə gedib-gəlirlər. Bu səbəbdən Qulinin adamları onları bu yerlərdən birində aradan götürə bilərlər.

(Emin Hacıqabulski)
Dörd qanuni oğrunun hər birinin Lotu Quliyə nifrət etmək üçün şəxsi motivi var. Rafiq Eyvazov heç vaxt Səlifovla dost olmayıb. Bundan başqa, 2013-cü ildə Eyvazov həbs ediləndə Lotu Quli Rafiqin heç vaxt qanuni oğru olmadığı barədə “malyava” buraxıb. Bir neçə il onlar bir-birinə qarşı normal münasibət  göstərsələr də, 2017-ci ildən münasibətlər açıq müharibə vəziyyətinə keçib. Səlifovun adamlarının Eyvazovu Türkiyədə tutaraq qulağını kəsməsi buna səbəb olub.

(Rafiq Eyvazov)
Cavid Məmmədov bir müddət Moskvada yaşayaraq öz yerini tapmağa çalışıb. Amma bu iş elə də uğurla nəticələnməyib. Çünki digər qanuni oğrular arasında elə də böyük nüfuza sahib deyildi. “Piroqdan öz payını almağa” çalışan Dato Ağcabədinski Səlifovun maliyyə maraqlarına toxunur. Cavab isə həmən verilir. Səlifovun adamları Məmmədovun olduğu əraziyə hücum edərək onun yaxın çevrəsini vəhşicəsinə döyürlər. Datoya toxunan olmayıb. Çünki qanuni oğruya əl qaldırmaq oğru dünyası prinsiplərinə ziddir (red.).

(Dato Ağcabədinski)
Bu insidentdən sonra Məmmədov Yunanıstana gedir və nüfuzlu qanuni oğru Dato Kutaisski (David Sebiskveradze) ilə dostlaşır. Onun himayəsi altında təcrübə toplayan Ağcabədinski Səlifovla müharibəyə girişmək riskini gözə alıb.
Emin Əhmədov həsbdədir. 2013-cü ildə ona qanuni oğru adı verilib. Amma həmin cəzaçəkmə müəssisəsinə də Səlifovun Eminin qanuni oğru olmadığı barədə “malyava” daxil olub. Səlifovin fikrinə görə, onun iştirakı olmadan heç bir azərbaycanlıya qanuni oğru adı verilə bilməz. Əhmədov böyük çətinliklə qanuni oğru adını özündə saxlayıb. Bu işdə qanuni oğru Piçuqanın (Yuriy Piçuqin) rolu böyük olub. Piçuqanın tərəfdarları da əvvəlcə Əhmədova qanuni oğru adı verilməsinə etiraz ediblər.

(Ceyhun Gəncinski)
Ceyhun Əsgərov isə 2014-cü ildə Quli tərəfindən qanuni oğru kimi “taclandırılıb”. Amma sonradan tərəflər arasından “qara pişik keçib”. Nəticədə Ceyhun qərara gəlib ki, kriminal karyerasına davam etmək və şəxsi “pul kisəsi” əldə etmək üçün müxaliflərin tərəfinə keçmək lazımdır.