Bu vitaminin çatışmazlığı koronavirusdan daha tez öldürür – ARAŞDIRMAbackend

Bu vitaminin çatışmazlığı koronavirusdan daha tez öldürür – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Orqanizmdə D vitamini çatışmazlığı COVID-19 xəstəliyindən ölüm riskini artırır.

Editor.az xəbər verir ki, bu fakt ABŞ-ın İllinoys ştatındakı Nortvestern Universitetinin araşdırması nəticəsində ortaya çıxıb.

Universitetin araşdırmaçıları yeni tip koronavirusdan qaynaqlanan ən yüksək ölümlərin qeydə alındığı İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdəki ölümlərdə D vitamini səviyyəsinin digər ölkələrdəki ölümlərlə müqayisədə daha aşağı olduğunu təsbit edib.

Araşdırma qrupunun rəhbəri Vadim Bekman D vitamini ilə müalicənin hələlik COVID-19 xəstələrinə alternativ olaraq tətbiq edilə biləcəyini bildirib.

Araşdırma hesabatında bütün insanları D vitamini qəbul etməyə istiqamətləndirməyin tez olduğu, vitaminin doğru miqdarda qəbul edilməzsə, əks təsirlərinin ola biləcəyi və yekun nəticələr əldə etmək üçün araşdırmanın dərinləşdirilməli olduğu qeyd edilib.

//Publika.az