Gürcüstan turizmin inkişafı üçün danışıqlar aparırbackend

Gürcüstan turizmin inkişafı üçün danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan turizmin inkişafı üçün yollar axtarır, yeni layihələr hazırlayır.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Ölkənin Baş Naziri Giorgi Qaxari söyləyib.

Onun sözlərinə görə, Gürcüstan qonşu tərəfdaş və Avropa ölkələri ilə də turizmin mərhələli şəkildə bərpası istiqamətində iş aparır.

Baş Nazir deyib ki, Gürcüstan turizmi bərpa edəcək ilk ölkələrdən biri olacaq.

O vurğulayıb ki, Ümumdünya Turizm Təşkilatı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə tezliklə turizmin bərpası üçün xüsusi qaydalar hazırlayacaq. Gürcüstan bu qaydalardan da maksimal şəkildə istifadə edəcək.