backend

Ankara, Pursaklarda Qarabağ həqiqətlərinin yayılması istiqamətində silsilə tədbirlərə başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə ölkəmizdə səfər edən Ankara Pursaklar bələdiyyə başqanı Səlcuk Çətin və başqan müavini Nedim Erçetin millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ilə görüşüblər. Ankara Pursaklarda Qarabağ Parkının açılması ilə bağlı bələdiyyə başqanına bir daha təşəkkürünü bildirən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva parkda Azərbaycan tarixi, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verən, türk və ingilis dillərində məlumat lövhələrinin artmasının vacibliyindən danışıb.
Bələdiyyə başqanı Səlcuk Çətin Azərbaycana dəvət üçün təşəkkürün bildirərək, bu ziyarətin Pursaklara Azərbaycan bölgələri arasında əməkdaşlığa, Azərbaycan həqiqətlərinin Pursaklarda daha geniş tanıdılması istiqamətində önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilinin bu təklifinin də qısa zamanda reallaşacağını bildirib. Özümüzü burada öz Vətənimizdəki kimi hiss edirik, biz bir millətin iki dövlətiyik deyən bələdiyyə başqanı və müavininə Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetinlə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb.
Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Ankara Pursakların da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetin Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdəəməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Millət vəkili Q.Paşayevanın Ankara Pursaklarda verdiyi konfransların çox önəmli olduğunu vurğulayan bələdiyyə başqanı bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb və Q. Paşayevanı yenidən konfranslar vermək üçün Pursaklara dəvət edib. Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetinə və başqan müavini Nedim Erçetinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva Pursaklarda Azərbaycanın, Qarabağ həqiqətlərinin təbliğatının və əməkdaşlığın genişlənəcəyinə inandığını xüsusi vurğulayıb.