backend

Asim Mollazadə: “Türkiyə üçün belə bir sazişdə iştirak əlverişli deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Milli Məclisində çıxışında Ermənistanla sərhədlərin açılmaması ilə bağlı öz mövqeyini bildirmişdi. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməyənədək Ermənistanla sərhədlər açılmayacaq”. Bunu millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olmasını deməsi sadəcə olaraq siyasi yoxlama xarakteri daşıyır: “İqtisadi nöqteyi-nəzərindən Türkiyə üçün belə bir sazişdə iştirak əlverişli deyil. Bəlkə də son vaxtlar Türkiyə-Avropa münasibətlərində mövcud olan gərginliyin əsas səbəbi məhz belə bir açıqlama ilə bağlı idi”.
Qeyd edək ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara AİB-lə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb.
AİB-də işğalçı Ermənistan da təmsil olunduğundan bəzi şərhçilər bunu Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini qeyd edirlər.
//SİA