ABŞ-da koronavirusa yoluxanların sayı 1,5 milyona yaxınlaşırbackend

ABŞ-da koronavirusa yoluxanların sayı 1,5 milyona yaxınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 1,4 milyonu ötüb.

Bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata əsasən, 1 400 500 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, koronavirusa yoluxanlardan təxminən 85 min nəfəri ölüb, 243 430 nəfəri isə sağalıb. Ən çox ölüm halı Nyu-York ştatında qeydə alınıb (27 567).

//Trend