Bərdədə avtomobil kanala düşdü – 2 uşaq boğuldu

10:29 | 26 Avqust, 2017

Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində iki uşaq boğulub.
Bərdə rayon Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil kəndin ərazisindən keçən Yuxarı Qarabağ kanalına aşıb.
A. Abdullayev sudan çıxa bilsə də, avtomobildə olan nəvələri boğulub.
10 və 11 yaşında oğlanların axtarışı aparılır.
Ağcabədidə yaşayan nəvələrin Bərdə rayonuna – bablarıgilə qonaq gəldiyi bildirilir.
///apa