Bakıda tikintidə kişi meyiti tapılıb

22:48 | 17 May, 2020

Bakıda orta yaşlı kişi meyiti tapılıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, meyit Nizami rayonu, Keşlə qəsəbəsində tikinti aparılan binanın həyətində aşkar edilib.

Aparılan müayinə zamanı şəxsin yıxılaraq öldüyü məlum olub.

Hazırda Nizami Rayon Prokurorluğunda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Mövzunu Facebookda şərh et