backend

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə “Airbus” şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Airbus” şirkəti arasında bir neçə ildir uğurlu əməkdaşlığın həyata keçirildiyi, yaxşı perspektivlərin olduğu bildirildi. Kosmik sahədə, xüsusilə yeni təyinatlı, daha yüksək nəticələr əldə etməyə imkan verən peyklərin hazırlanması ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Credit Agricole SA” şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.
Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə olundu. Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında müxtəlif layihələrin uğurla maliyyələşdirildiyi qeyd edildi. Bir çox layihələrin artıq icra olunduğu, “Credit Agricole SA” şirkətinin “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirak etdiyi, bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə çox yaxşı əməkdaşlığın həyata keçirildiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə “Credit Agricole SA” şirkəti arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyi bildirildi, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində müxtəlif layihələrin reallaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə “CIFAL” qrupun prezidenti Jil Remi ilə görüşüb.
görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.
görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirildi. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edildi, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.
görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.
Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.
görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar.
//AZƏRTAC