backend

Partlayışda yaralananların ADLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Onun sözlərinə görə, onların hamısında qəlpə yaraları olub.
Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.
Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, Siyəzən Regional Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların vəziyyəti ortadır.
Aşağıda adları qeyd edilən yaralılar cərrahiyə şöbəsinə yerləşdiriliblər:
Hüseynov Kamran Rasim oğlu -1995-ci il təvəllüd
Abbasov Nəsimi Bibiqulu ooğlu – 1976-cı il təvəllüd
Ağarzayev Məhəmməd Ağarza – 1978-ci il təvəllüd
Cəbrayılov Vidadi Talıb oğlu – 1967-ci il təvəllüd
Məmmədyarov Samir Fazil – 1990-cı il təvəllüd
Dəmirov Əlverdi Alış oğlu – 1964-cü il təvəllüd