backend

Türkmən qazı Ermənistandanmı keçəcək? ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənbaşı İrəvanda hansı iri layihələrdən danışdı?
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Ermənistana məlum səfəri İrəvanda anşılaqla qarşılanıb. İşğalçı ölkə türkmənbaşının “qədəmlərini” Ermənistanın xilası kimi dəyərləndirir. Həqiqətən Türkmənistan prezidentinin Ermənistan təmasları bir sıra məqamlarla diqqət çəkməkdədir. Söhbət uzun müddətdir müzakirə mövzusu olan Türkmənistan-İran-Ermənistan qaz xəttinin çəklişindən gedir. Bu layihənin icrası İrəvan üçün ikinci nəfəslik anlamı daşıyır.
Xatırladaq ki, hərbi xuntanın rəhbəri Serj Sarkisyan da Tehranda Həsən Ruhani ilə türkmən qazını müzakirə edib. Düzdür qaz xəttinin çəkilişi ilə bağlı hələ ki, konkret addımlar atılmayıb. Buna baxmayaraq rejim bütün cəhdləri ilə türkmən qazının İrəvandan keçməsi üçün çalışır. Berdıməhəmmədovun İrəvanda Sarkisyanı ziyarət etməsi isə müəyyən sualların yaranmasına rəvac verib. Azərbaycanla Türkmənistan arasında fikir ayrılığı olsa da, Türkmən liderin son Bakı təmaslarında verdiyi mesajlar açıq qalan məsələlərin aradan qalxmasına ümidləri artırdı. Xüsusən qaz yataqlarının bölüşdürülməsində yaranan fikir ayrılığı aradan qalxmış kimi göründü. Sonradan İrəvanda iri layihələrdən, milyonları əhatə edəcək qlobal enerji proektlərindən danışılması Türkmənistanın Azərbaycanla müttəfiqlik siyasətinə kölgə salmaqdadır. Hər bir halda türk torpaqlarını işğal edən bir ölkə ilə bu cür münasibət Bakıda təəssüf hissi ilə qarşılanır. Bu həm də Azərbaycanla Türkmənistan arasında mövcud diplomatik əlaqələrə yenidən baxılması zərurətini də gündəmə gətirə bilər.
Prosseslər belə getsə Bakı Aşqabadla siyasi münasibətlərində müəyyən korrektələr edəcək. Layihənin baş tutmasına gəlincə: Ermənistan tərəfi qaz xəttinin reallaşa biləcəyini nə qədər qabartsa da İrəvanın tranzit ölkə olması yazılanlar qədər sadə deyil. Ən başlıca faktorlardan biri Rusiyadır. Moskva avropaya çıxacaq istənilən iri enerji layihələrinin hər zaman əleyhinə olub. Bu baxımdan İrəvan və Aşqabadın, eləcə də Tehranın bənzər addımları Rusiyanın xarici siyasətinə daban-dabana ziddir. Moskva avropanın qaz təhlükəsiziyini aradan qaldıra biləcək siyasi gedişlərə sərt reaksiya verib.
İkinci əsas amil yenə Bakıdır. Yəni Azərbaycan da Türkmənistana TANAP vasitəsilə Avropaya qaz ixrac etməyi təklif edib. Yuxarıda da qeyd etdiyimiz kimi, Aşqabad anlamalıdır ki, Bakının cavabı özünü çox gözlətməyəcək. İndi Türkmənistan prezidenti seçim etməlidir. Axı daha uyğun təklif Bakıdan da gəlib. Ən əsası isə odur ki, Türkmənistanın Azərbaycanın hesablarına daxil olmayan addımları hər iki ölkə arasında münasibətəri istənməyən məcraya sürükləyə bilər.
//sia.az