Bakıda evdən 114 min manatlıq oğurluq

11:13 | 28 Avqust, 2017

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.
Hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək, yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları (34 min manat) və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
///APA