Ukrayna millisinin futbolçusu döyülüb – VİDEObackend

Ukrayna millisinin futbolçusu döyülüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Ukrayna milli komandasının və Kiyev “Dinamo”sunun futbolçusu Artyom Besedin içki məclisində birlikdə əyləndiyi şəxslər tərəfindən döyülüb.

REN TV xəbər verir ki, görüntülər “Jestyakovıy sport” (qəddar idman) “YouTube” kanalında yayımlanıb.

Hadisənin 2016-cı ildə baş verdiyi qeyd olunub.

Çəkilən videogörüntüdə futbolçunun üzündən aldığı yumruq zərbəsi nəticəsində dodağının qana boyandığı aydın görünür.

Qeyd edək ki, Artyom Besedin Ukrayna milli komandasının heyətində keçirdiyi 13 oyunda iki dəfə fərqlənməyə fürsət tapıb.