backend

Hakimlər Çovdarovu təbrik etdilər – "İmkan verirlər ki?.."

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarovun 65 yaşı tamam olub.
general yubileyini məhkəmə zalında qeyd edib. Bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə dəstənin məhkəməsi keçirilib.
Vəkillərin müdafiə çıxışı etdiyi iclas başlayarkən hakimlər kollegiyası Akif Çovdarovu yubileyi münasibəti ilə təbrik ediblər. General isə təşəkkür edərək “nə ad günü? İki ildir imkan verirlər ki, ad günümü keçirəm?” deyərək reaksiya verib.
Sonra proses davam etdirilib.
Qeyd edək ki, dövlət ittihamçısı A.Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
//qafqazinfo