Günay Aygünün qruplaşmasındadır?backend

Günay Aygünün qruplaşmasındadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir ara məni qruplaşmaya salmışdılar. Söz-söhbətdən kənar gəzirəm, ehtiyat edirəm. Problemli insan deyiləm. Yaxın olduqca, problemlərin sayı artır. Daha sonra özümə qadağa qoydum. Çəkilişlərim bitir, evə gedirəm. İstirahət zonam evimdir”.

Bu sözləri müğənni Günay İbrahimli MTV-də yayımlanan “Ulduzun vaxtı” proqramında qonaq olarkən deyib.

O, aparıcının uzun illərdir küsülü olan Xalq artistləri Aygün Kazımova və Röya Ayxan barədə suallarını cavablandırıb. Günay A. Kazımovanın qruplaşmasında yer almadığını söyləyib: “Onları bir-birindən ayırmıram. İkisi də gözəl sənətçidir. Onlarla münasibətim yaxşıdır, xətirlərini çox istəyirəm. Heç bir problemim yoxdur”.

Daha sonra sənətçi instaqram platforması populyar olduqdan sonra hamının əlçatan olduğunu vurğulayıb:

“İnstaqram çıxandan sonra hər kəs əlçatan olub. Əlçatmaz heç kim və heç nə qalmayıb. Bu sosial şəbəkə yaranandan müğənnilərin və vizajistlərin sayı artıb.Mən onlar arasında çox fərqlənirəm.

Bu sənətə çox çətin dönəmdə gəlmişəm. Sosial şəbəkələr bu qədər aktiv deyildi. O zamanlar bir il ərzində iki mahnı təqdim edirdik. İndi isə hər ay mahnı çıxarırıq. Hərə özünə bir yutub kanalı açıb. Amma əvvəllər mahnımız bir ay radioda səsləndikdən sonra efirə çıxırdıq. Çox gözəl verilişlər var idi. Təəssüf olsun ki, indi çıxmağa veriliş tapmırıq. O dövrün sistemini daha çox sevirdim”.

//Qafqazinfo