“Kərimlə yataq görüntülərimiz yayılanda…” — Renka SİRRLƏRİ AÇDI

16:31 | 22 May, 2020

Rəqqasə Renka bəzi müğənniləri açıq-saçıq geyimlərinə görə qınayıb.
O, bu barədə ARB kanalında yayımlanan “Show news” proqramında danışıb.

“Mən sənətimə görə məcbur açıq geyinirəm, siz isə artıq çəkiniz sallana-sallana bunu edirsiniz. Çox xahiş edirəm, bədən quruluşunuza uyğun geyinin, vallah ətrafdan baxanda çox pis görünür”, – deyə, o, bu sözləri ilə bəzi müğənnilərə ismarıc göndərib.

Renka bəzi müğənnilərin açıq-saçıq fotosessiya etdirməsinə də münasibət bildirib.

“Kim necə məşhurlaşmaq istəyir, bu, onun öz işidir. Xoşu gəlir açır göstərir, kim nə deyə bilər ki? Həm də bu cür müğənnilərin çoxalması biz rəqqasələrin xeyrinədir. Çünki əvvəllər bizi açıq geyindiyimizə görə çox qınayırdılar, indi isə biz yaddan çıxmışıq”.

Daha sonra o, müğənni Kərimlə bir yerdə klipdəki yataq görüntülərindən də danışıb.

“Mən eşitmə qüsuru olan insanlar haqqında sosial çarx hazırlamışdım, heç kəs maraqlanmadı, danışmadı, ancaq müğənni Kərimlə klipdə yataq görüntülərimiz yayılmışdı, onun ətrafında aylarla müzakirə olundu. Görünür, cəmiyyətimizə bu cür xəbərlər maraqlıdır”.

//Olke.az

Mövzunu Facebookda şərh et