“Yuventus” Poqba üçün danışıqlara başladı

16:57 | 22 May, 2020

“Yuventus” “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etmək istəyir.

Editor.az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferi üçün danışıqlara başlayıb.

Xatırladaq ki, Poqba zədə səbəbindən bu mövsüm “Mançester Yunayted”də cəmi 8 matçda iştirak edib.

Mövzunu Facebookda şərh et