İcra başçısı liseyin pəncərələrini hördürdü: Villasının həyəti göründüyü üçün – VİDEO

20:03 | 22 May, 2020

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir.

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – məlumatda qeyd olunub.

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Xəbərdə o da vurğulanır ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub.

İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

Mövzunu Facebookda şərh et