İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi böyük uğurlara imza atib – QHT sədri

20:15 | 22 May, 2020

Azərbaycan müstəqilliyini əldə etdiyi gündən, ölkəmizdə strateji inkişaf proqramı bütün sahələri əhatə edir və müxtəlif sahələrdə ixtisaslaşmış qurumlar formalaşmışdır. Digər sahələrdə olduğu kimi Daxili Işlər Nazirliyinin tərkibində 2004-cü ildə Cənab Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi yaradıldı. Bu fikirləri saytımıza açıqlamasında QHT sədri Zülfiyyə Nuriyeva bildirb. 

Q, qey edib ki, insan alveri, insan köləliyinin müasir formasıdır ki, bundan müxtəlif istiqamətlərdə istifadə olunur. Orqan ticarəti, əməyə məcburi cəlb edilmə, cinsi istismar, narkotiklərin yayılmasında, uşaq alveri kimi insan həyatına və taleyinə mənfi təsirli ticarətin mövcudluğu müstəqil Azərbaycandanda yan keçməmişdir.  İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu istiqamətdə böyük uğurlara imza atib və bu sahədə işlər davam etməkdədir.

Azərbaycan dövləti bu istiqaməti ciddi nəzarətə götürərək, insan talelərinin faciəvi sonluğunun qarşısını qətiyyətlə alır. Dövlətimiz dünyanın faciəsi olan insan alverinə qarsı kəskin mübarizə aparır. Bunun barış nümunəsi İnsan Alveri qurbanlarını ictimayi qınaqdan, onların cəmiyyətə sağlam və təhlükəsiz qayıtması üçün fəaliyyət göstərən reabilitasiya mərkəzlərinin uğurlu fəaliyyətidir. Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, bu sahədədə uğur qazanır.

Zülfiyyə Nuriyeva insan alverinə qarşı mübarizə sahəsində  Vətəndaş̧  Cəmiyyəti Təşkilatları ilə qurulan uğurlu əməkdaşlığa görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

//qht.az

Mövzunu Facebookda şərh et