Türkiyədə qalan 178 nəfər Azərbaycan vətəndaşı Bakıya gətirildi

22:41 | 22 May, 2020

Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. “Azərbaycan Hava Yolları” QSC-dən Milli.Az-a bildirilib ki, AZAL İstanbuldan Bakıya növbəti çarter reysi həyata keçirilib.

Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə AZAL aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

//Milli.az

Mövzunu Facebookda şərh et