Bakıya giriş-çıxış nə vaxt bərpa olacaq? – 10 gündən sonra…

09:47 | 23 May, 2020

İyunun 1-dən bəzi qadağalar qaldırılacaq.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində məlumat verib.

Sədr ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb:

“Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunması daxildir, bu mümkündür”.

Mövzunu Facebookda şərh et