Moskvada koronavirusdan daha 67 nəfər ölüb

12:13 | 23 May, 2020

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 67 nəfər dünyasını dəyişib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 67 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 934 nəfərə çatıb.

Mövzunu Facebookda şərh et