Braziliyada koronavirusa yoluxanların sayı 330 mini ötübbackend

Braziliyada koronavirusa yoluxanların sayı 330 mini ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 330 890 nəfərə çatıb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində 20 803 nəfər koronavirusa yoluxub, 1 001 nəfər isə koronavirusdan ölüb. Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 21 048 nəfərə çatıb.

Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Braziliyanın San-Paulu (76,8 min və 5,7 min), Seara (34 573 və 2 251) və Rio-de-Janeyro (33 589 və 3 657) ştatlarında qeydə alınıb.