Ölkəyə gətirilən tibbi maska və əlcəklərlə bağlı — QƏRAR

23:30 | 23 May, 2020

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.
Nazirlər Kabineti bununla bağlı ” “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.

//Olke.az

Mövzunu Facebookda şərh et