“Şalke” doğma meydanda biabır oldu

22:38 | 24 May, 2020

Futbol üzrə Almaniya çempionatının 27-ci turunda “Şalke” “Auqsburq”u qəbul edib.

Editor.az Trend-ə istinadən bildirir ki, oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Eduard Löven (6-cı dəqiqə), Noa-Joel Sarenren-Baze (76-cı dəqiqə) və Serxio Kordova (90-cı dəqiqə) vurublar.

Qeyd edək ki, digər oyunlarda olduğu kimi “Şalke” – “Auqsburq” matçında da koronavirusdan ölənlər bir dəqiqəlik sükutla yad edilib.

Mövzunu Facebookda şərh et