Bərdədə “Volkswagen” yandı

22:40 | 24 May, 2020

Bərdə rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Həsənqaya kəndində “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//Milli.az

Mövzunu Facebookda şərh et