Azərbaycanda bir kənddə 17 nəfər koronavirusa yoluxub – VİDEO

23:03 | 24 May, 2020

Kürdəmir rayonunun Sığırlı kəndində koronavirusa yoluxanların sayı  artmaqda davam edir.

“Report” xəbər verir ki, kənddə təhlükəli virusa yoluxanların sayı 17-yə çatıb.

Rayon üzrə koronavirusa yoluxanların ümumi sayı isə 65 nəfər təşkil edir.

Bundan öncə verdiyimiz xəbərdə yoluxanların sayının 12 olduğu deyilirdi.

 

Mövzunu Facebookda şərh et