Qurban bayramının vaxtı bəlli oldu

11:35 | 25 May, 2020

Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramının qeyd ediləcəyi tarix məlum olub.

Editor.az-ın məlumatına görə, ölkəmizdə iyulun 31-i və avqustun 1-i Qurban bayramı qeyd olunacaq.

Bayramla əlaqədar olaraq, həmin günlər qeyri-iş günü hesab olunur.

Mövzunu Facebookda şərh et