Yolda uzandı, vətəndaşlardan biri 190 manat verib ayağa qaldırdı – Azərbaycanda ilginç görüntülər

11:39 | 25 May, 2020

190 manat yardımı ala bilməyən şəxs küçədə uzanıb və yerindən tərpənmək istəməyib.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdən ətrafdakı şəxslərin yaşlı kişini sürüyərək yoldan uzaqlaşdırdığı görünüb.

Daha sonra vətəndaşlardan biri ona 190 manat verərək hadisə yerindən uzaqlaşdırıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdu.

Mövzunu Facebookda şərh et