Türkiyədə daha 32 nəfər koronavirusdan öldü

11:50 | 25 May, 2020

Türkiyədə bu gün daha 32 nəfər koronavirusdan ölüb.

Editor.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, Türkiyədə koronavirusdan indiyədək 4340 nəfər ölüb. Yoluxma sayı 156 827-dir. Bu gün daha 1092 xəstə evə buraxılıb. Bununla da koronavirusdan sağalanların sayı 118 694 nəfərə çatıb.

Mövzunu Facebookda şərh et