Sevgilisi ilə çimərliyə gedən 22 yaşlı qız dənizdə batdı — FOTO

12:34 | 25 May, 2020

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin ləğv edildiyi Şimali Kipr Türk Cümhuriyyətində üzmək üçün dənizə gedən iki tələbə geri qayıtmayıblar.

Editor.az xəbər verir ki, universitet məzunları olan 22 yaşlı Gözde Nur Binbirin və 27 yaşlı Mehmet Ceyhanın dənizdə batdığı məlum olub.

Sahil Təhlükəsizlik Qüvvələri Gözdənin cəsədini tapa biliblər. Mehmetin axtarışı davam edir.

Faktla bağlı araşdırma aparılır.(publika.az)

Mövzunu Facebookda şərh et