Şamaxının icra başçısı karantinə alındı

13:48 | 25 May, 2020

Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Editor.az xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir.(trend.az)

Mövzunu Facebookda şərh et