İtaliyada koronavirusdan sağalanların sayı 140 mini ötüb

15:55 | 25 May, 2020

İtaliyada yeni növ koronavirusdan sağalanların sayı 140 min nəfəri ötüb.

Bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində ölkədə koronavirusdan 1 639 nəfər sağalıb, 50 nəfər isə dünyasını dəyişib.

Bildirilir ki, son 24 saat ərzində İtaliyada 531 yeni yoluxma halı qeydə alınıb.

//Trend

Mövzunu Facebookda şərh et