Bakıda “Hyundai” yanıb

15:59 | 25 May, 2020

Bakı şəhərinin Suraxanı rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//milli.az

Mövzunu Facebookda şərh et