Çində ötən sutka ərzində koronavirusa 11 yoluxma halı qeydə alınıb

17:10 | 25 May, 2020

Çində ötən sutka ərzində 11 nəfərdə yeni növ koronavirusun aktiv forması və 40 simptomsuz yoluxma halı aşkarlanıb.

Yoluxma hallarının hamısı xaricdən gələn vətədanşlarda qeydə alınıb: 10 yoluxma halı Daxili Monqolustan Muxtar Rayonunda və 1 yoluxma halı Sıçuan əyalətində.

Bildirilir ki, simptomsuz yoluxma hallarından 2 xaricdən gələn vətəndaşlarda qeydə alınıb. Hazırda 396 simptomsuz koronavirus daşıyıcısı həkimlərin nəzarəti altında saxlanılır.

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb.

Qeyd edilir ki, ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 82 985 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

//Trend

Mövzunu Facebookda şərh et